“Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.
Unikal.org xəbər verir ki, bunu “Report”a daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.
Nazir müavini qeyd edib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.