Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Famil Fərhadoğlu