Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb. 

Unikal.org xəbər verir ki, verilişdə qonaq olan tamaşaçılarla Zaur arasında maraqlı dialoq baş tutub. 

Cənubi Azərbaycandan gələn ər-arvad Zaura gözlənilməz sözlər söyləyib. Qadın Zaura "Mən səni istəyirəm, ərim də Tellini. Neyniyək?" deyə söyləyib. 

Zaur isə "yanında ərin var" deyərək qadına zarafatla cavab verib. Bu söhbət hər kəsin gülüşünə səbəb olub.