Gədəbəydə meşə ərazisində silah-sursat aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız "AKS-74" markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.