Bu gün Azərbaycanda Ramazan ayının dördüncü günüdür.
Unikal.org-un məlumatına görə, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, beşinci gün üçün imsak vaxtı saat 03:09, iftar vaxtı isə 20:27-yə təyin olunub.
5-ci günün duası:
Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!