Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Unikal.org Lent.az-a istinadla verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hakimlər kollegiyasının hökmünə əsasən, Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən məhkəmə zalından həbs edilib. 

Qeyd edək ki, hadisə bu il Qubada baş verib. 

Füzuli Bəylərov bacısı qaynının 3 yaşlı oğlunu evdə tək olduğunu bilib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Uşağın valideynləri məsələdən xəbardar olaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Məlumat əsasında F.Bəylərova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməyib.