Türkiyəli müğənni Hatice çıxdığı dəfilədə ombasını açmaqla gündəmə gəlmişdi.
Unikal.org xəbər verir ki, ifaçı “İkinci sayfa” proqramında bununla bağlı evinə xəbərdarlıq gəldiyini bildirib.
“Ombamı açdım, evə xəbərdarlıq gəldi ki, videonu sosial media hesabımdan silim. Deyək ki, videonu mən sildim, amma sosial şəbəkələrdə bu video o qədər paylaşılıb ki, etsəm nə dəyişəcək? Evə gələn xəbərdarlıq məni qorxutmur, amma sevgilim deyir ki, videonu sil, bəlkə sırf buna görə etdim”.
Qeyd edək ki, Haticenin videosu sosial şəbəkədə tənqid və təhqirlə qarşılanmışdı.