Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yanğın olub.

Üçmərtəbəli binanın dəhlizində 15 ədəd elektrik açarı və 2 paqonometr elektrik kabeli yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, bina yanğından mühafizə olunub.