Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.