Bakıda 23 yaşlı gəlin itkin düşüb.  

Unikal.org xəbər verir ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-cı sıra, ev 12-də yaşayan, 1968-ci il təvəllüdlü İsmayılova Məlahət Əjdər qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan gəlini, 1996-cı il təvəllüdlü Məmmədova Gülgəz Teymuraz qızı martın 28-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.(trend)