Minik avtomobilində 11 baş buzov aşkar olunub.

Dövlət Gömrük komitəsindən Unikal.org-a verilən məlumata görə, “Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq olan hissədən və yük yerindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən 11 baş buzov aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.