Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.