Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qayınata gəlini döyərək xəstəxanalıq edib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Nemətova Ülviyyə İlqar qızı yaşadığı 1 mk,Ev 128/34, mənzil 15-də ailə münaqişəsi zəmnində, öz qaynatası tərəfindən döyülüb. 32 yaşlı gəlin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra Ülviyyə Nemətova evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.