Bu gün səhər yuxudan oyanan insanların bir çoxu saatlarının 1 saat önə çəkildiyini görərək çaşqınlıq yaşayıb.
Unikal.org xəbər verir ki, smartfon telefonlarda olan saatların proqram təminatı səbəbindən adi mexaniki saatlar arasında 1 saatlıq vaxt fərqi meydana gəlib.
Qeyd edək ki, 3 ildir ki, Azərbaycan yay vaxtına keçid ləğv olunub. Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Mütəxəssislər bu kimi hallarda telefonun proqram təminatının yenilənməsini və ya saatın əvvəlcədən tənzimlənməsini məsləhət görürlər.