ABŞ-ın Florida ştatında 15 yaşlı Tovonna Holton-Teamer adlı qız intihar edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb qızın dostları tərəfindən onun çılpaq görüntülərinin sosial şəbəkədə paylaşılması olub.
"The Independent"in xəbərinə görə, videosu yayıldığına görə hər kəs tərəfindən lağa qoyulan qız dözməyərək evdə anasının silahı ilə özünə qəsd edib.
Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.