Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olmuşdur.

DİN-dən Unikal.org-a verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilmişdir.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. 
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Binəqədi RPİ 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılmışdır.
Araşdırma aparılır.