Fransada təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb.

Unikal.org "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, Bakı vaxtı ilə 23:00-da başlayacaq İngiltərə - Rusiya matçından öncə hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.
Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa Çempionatında ilk ölüm kimi yadda qalıb.
Qeyd edək ki, bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.