Turinin "Yuventus" klubu A Seriyasının 33-cü turunda "Fiorentina"nı qəbul edib.
Unikal.org xəbər verir ki, "Alyans Stadium"da baş tutan qarşılaşma turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı "Fiorentina" açıb. Ardınca Turin klubu iki qol vuraraq önə keçib.
Bu qələbə "Yuventus"un cari mövsümdə A Seriyasında çempionluğunu təmin edib. Turin klubu qələbə sayəsində xallarının sayını 87-yə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. İkinci pillədə "Napoli" qərarlaşıb. Neapol təmsilçisi ilə Massimiliano Alleqrinin komandası arasında xal fərqi 20-dir. Çempionatın bitməsinə isə 6 tur qalıb.
Bu, "Yuventus"un ardıcıl 8-ci çempionluğu olub.
İtaliya A Seriyası. 33-cü tur
"Yuventus" – "Fiorentina" - 2:1
Qollar: 0:1 – Milenkoviç – 6, 1:1 – Sandro – 37, 2:1 – Pesselya – 53 (avtoqol)