Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. 

Unikal.org-un ona-ya istinadən məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. 

Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. 
Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.