16 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası mayın 6-dan 11-dək Belarusun paytaxtı Minskdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Unikal.org AFFA-ya istinadən xəbər verir ki, milli ilk oyununu Farer adaları ilə keçirəcək. Qarşılaşma mayın 7-də, saat 12:00-da start götürəcək.
UEFA İnkişaf turniri
7 may
12:00. Azərbaycan – Farer adaları
9 may
16:00. Belarus – Azərbaycan
11 may
10:00. Qazaxıstan – Azərbaycan
Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.