İtaliyanın “Milan” klubunda forma geyinən türk futbolçu Hakan Çalhanoğlunun boşanacağı deyilirdi. Futbolçu  həyat yoldaşı Sinem Çalhanoğlu ilə yenidən barışmaq qərarına gəlib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün arasındakı münasibətin düzəlməsinə səbəb yeni doğulan qızları Liyadır. 
Ulduz futbolçu qızının 40-ı çıxan kimi həyat yoldaşını Como Gölü sahilindəki 1 gecəsi 2 min avro (təxm: 2500 dollar) olan otelə tətil üçün aparıb.  
Cütlük 2017-ci ildə ailə həyatı qurub.