Toylardakı israfçılıqdan, hədsiz səs-küydən çoxları narazıdır. Hətta bir müddət əvvəl Milli Məclisdə toyların təşkili ilə bağlı qanun layihəsinin hazırlanması da təklif olundu. Bu təklifin tərəfdarları olduğu kimi, əleyhinə çıxanlar da var. Nəticə etibarilə məsələ həll olunmamış qaldı.

Unikal.org xəbər verir ki, Xəzər Xəbər-in hazırladığı materialda bildirilir ki, israfçılıq, hədsiz xərc toyların təşkilində qanuni tənzimlənməni zəruri edir. Sosioloq Əhməd Qəşəmoğlu hazırki toy modelinin insanlara həm maddi, həm mənəvi ziyan verdiyini, eyni zamanda estetik cəhətdən doğru olmadığını hesab edir. Məhz bu səbəbdən bu işin qanunla tənzimlənməsi vacib görünür.

Sosioloq bunun üçün xüsusi toy modellərinin hazırlanıb, həmin modellər üzrə toyların təşkilinə nəzarət olunmasını əhəmiyyətli sayır. Ancaq toyların qanunla tənzinlənməsi məsələsinə hər kəs birmənalı yanaşmır.

Millət vəkili Araz Əlizadə də toy şənliklərinin qanunla tənzimlənməsini insan haqlarının pozulması hesab edir. Sosioloqlar isə qeyd edirlər ki, toyların qanunla tənzimlənməsini heç kim haqların, azadlığın məhdudlaşdırılması kimi başa düşməməlidir.