Ukrayna prezidenti Pyotr Poroşenko hərbi qüvvələrin baş qərargahının sonuncu iclasında ölkə ərazisində partizan hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib.
Unikal.org xarici mediaya istinadən bildirir ki, bundan əlavə, yaxın gələcəkdə dövlət başçısı Ukrayna ordusunu NATO-nun tərkibində görmək istəyir.
Poroşenkonun fikrincə, yaradılacaq partizan hərəkatı vasitəsilə Rusiyanın təcavüzkar hərəkətlərinə adekvat reaksiya vermək mümkün olacaq.