Bu gün Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.
Unikal.org xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, doqquzuncu gün üçün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:29-a təyin olunub.
Doqquzuncu günün imsak vaxtı üçün duasını təqdim edirik:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
Tərcüməsi: "İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".
Allah bütün oruc tutanların orucunu qəbul etsin!