Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Sergey Lavrov  qeyd edib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.

S.Lavrovun sözlərinə görə, sahibkarlar şirkətlərin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcək.