İtaliyalı hücumçu Cakomo Raspodari "Atletiko"ya keçidi rəsmiləşib.

"Unikal" xəbər verir ki, "Napoli" 25 yaşlı futbolçunu 22 milyon avroya satıb.

Neapollular gələcəkdə daha 4 milyon bonus əldə edəcəklər. Cakomo Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 4 mövsüm "Napoli"də oynayan Raspodari iki dəfə İtaliya çempionu titulunu qazanıb.