"Traktor" futbol üzrə İran Superkubokunun qalibi olub.

"Unikal" xəbər verir ki, son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”ı üstələyib.

"Nəqşi Cahan" stadionunda baş tutan görüş "Traktor"un 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Traktor" ötən mövsüm İran çempionatının qalibi olub.