ABŞ prezidenti Tramp iki liderin Alyaskada görüşündə Rusiya prezidentinə Ukraynadakı müharibəni dayandırmağı söyləməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.

Trampın sözlərinə görə, Putin həqiqətən də müharibəni bitirmək istəyir. Bununla belə, Tramp qeyd edib ki, Rusiya lideri onu əvvəllər də məyus edib.

“Düşünürəm ki,  görüş yaxşı keçəcək, amma pis də gedə bilər”, - Tramp yekunlaşdırıb.

O, həmçinin bildirib ki, Rusiya ilə Ukrayna arasında bir növ ərazi mübadiləsi olacaq və bunlar Ukrayna üçün həm yaxşı şeylər, həm də pis şeylər olacaq.