Türkiyəli iş adamı saunada ölü tapılıb.
Unikal.org Türkiyə mediasına istinadən bildirir ki, tanınmış iş adamı Songül Zülfikar Ankarada idman etmək üçün getdiyi lyuks salonun saunasında ölü tapılıb.
Verilən son məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım işçiləri cəsədi müayinə etmək üçün morqa aparıblar.
Qeyd edək ki, 70 yaşlı iş adamı FTZ Qrupun rəhbəri olub.