ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Bildirilib ki, sanksiyalar İranda dəmir, polad, alüminium və mis istehsalı sahələrini əhatə edəcək.
Bundan əlavə, İranda ağır metallurgiya sahəsində çalışan, həmçinin İranla metal istehsalı sahəsində əməkdaşlıq edən əcnəbi şirkətlərə də sanksiya şamil olunacaq.