Türkiyənin Ali Seçki Komissiyası (YSK) İstanbulun bələdiyyə seçkiləri ilə bağlı daha bir təəccübləndirici qərar qəbul edib.
Unikal.org xəbər verir ki, yenidən İstanbul seçkilərinin keçirilməsinə qərar verən YSK bu dəfə 18 yaşı tamam olacaq vətəndaşlarla bağlı qərar verib. Belə ki, YSK-nin yeni qərarına əsasən 31 mart tarixindən 23 iyun tarixinədək 18 yaşı olmuş vətəndaşların seçkilərdə səs verə bilməyəcək.