Abdulla Şaiq adına Dövlət Kukla Teatrının tanınmış aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhəti pisləşib.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, aktyorun ayaqları tutulub.
O, hazırda ev şəraitində müalicə olunur.
Qeyd edək ki, bir neçə gün öncə 62 yaşı tamam olan əməkdar artist yüksək dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir.