Türkiyənin Anadolu Agentliyinin müxbiri Abdülkadir Nişançı qar uçqununa düşüb.
Unikal.org Anadolu Agentliyinə istinadən xəbər verir ki, müxbir Abdülkadir Nişançı Bayburt –Trabzon arasında olan yolun açılışını izləyən zaman qar kütləsinin qopması nəticəsində uçqunun altında qalıb.
Müxbirin həyatını xilas etmək üçün polis və təcili yardım hadisə yerinə gəlib.
Axtarışa 100 insan, texnika və polis iti cəlb olunub, axtarışlar davam edir.