Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
Unikal.org xəbər verir ki, aznews.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl onkoloji xəstəlikdən əməliyyat olunan Tünzalə Əliyevanın xəstəliyi metastaz verib.
Xəstəlik aktrisanın orqanlarına yayılıb.
Qeyd edək ki , hazırda Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzindədir. Aktrisanın bir müddət əvvəl sağaldığı deyilirdi.