Əgər İran Yaxın Şərqdə Vaşinqtonun maraqlarına zərbə vurmağa cəhd edərsə, ABŞ bu regiondakı hərbi qüvvələrini artıracaq.
Unikal.org xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo CNBC telekanalına müsahibəsində bəyan edib.
Bununla belə, M. Pompeo Vaşinqtonun Tehranla müzakirələrə hazır olduğunu bildirib: "Bizim məqsədimiz müharibə deyil, İran rəhbərliyinin davranışını dəyişməkdir. Biz ümid edirik ki, İran xalqı nəhayət, layiq olduğu istəyinə nail olacaq. Digər tərəfdən, ABŞ İran tərəfinin təşəbbüsü ilə məsləhətləşmələrin keçirilməsinə hazır ola bilər. Bu, istisna deyil. ABŞ İranla əlaqədar konfliktin diplomatik vasitəylə və sülh yolu ilə həllini istərdi".