İsrailin paytaxtı Tel-Əvivdəki Qabim teatrında “Eurovision - 2019” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi olub.

Unikal.org xəbər verir ki, mərasimdə 41 milli nümayəndə heyəti iştirak edib. Bu gün, həmçinin Tel-Əvivin cənubunda "Eurovision Kəndi" açılıb. 

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 14-ü və 16-da Tel-Əvivdəki Sərgi mərkəzində keçiriləcək. Final isə mayın 18-də baş tutacaq. 

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Çingiz Mustafayev təmsil edir.