İlk ailəsindən ayrılıb ikinci dəfə evlənən Fərda Xudaverdiyev ilk dəfə bu barədə danışıb.

Unikal.org xəbər verir ki, “ATV maqazin onlarla” verilişinin qonağı olan aktyor xoşbəxt olmadığı üçün boşandığını deyib:

“Öldüm-dirildim. Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda, vurnuxmağa başlayırsan. Ona görə də, vaxtında bitirmək lazım idi. Övladlarıma görə bitirməli idim. Bir evin altında o övladları elə görmək istəmirdim".

Fərda uşaqlarına yetərincə aliment verdiyini açıqlayıb: "Ölkədə bir uşağa 154 manat aliment verilirsə, mən hər uşağıma 500-600 manat pul ayırıram. Qazancımın 70 faizini onlara verirəm. Mənim qədər Azərbaycanda aliment verən adam yoxdur. Məndən xahiş etmişdilər ki, bizi dünyaya gətir?”.

Həyatında baş verənlərin onu depressiyaya saldığını deyən aktyor, psixoloji yardım aldığını da etiraf edib:

“Dörd peşəkardan dərs aldım. İlk dəfə həmin adamın yanına gedəndə hönkür-hönkür ağladım. Danışa bilmirdim”.

Qeyd edək ki, sənətçi bir müddət öncə ikinci dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən iki, ikincidən isə bir oğlu var.