Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunub.
Unikal.org xəbər verir ki, sənətçi bir il əvvəl yıxılıb ayağını zədələyən zaman qoyulan milləri çıxartdırıb.
Namiqin əməliyyat zamanı videosu çəkilib. O, görüntüləri paylaşaraq "Sağ olsun həkimlər, hər şəraiti yaradıblar. Yeri gəlmişkən, artıq hər şey yaxşıdır. Bir neçə gündən sonra yenidən xidmətinizdəyəm" sözlərini yazıb.
Qeyd edək ki, Namiq uzun müddətdir əsa ilə gəzirdi. O, ayağındakı dəmirlərin bir neçə ay əvvəl çıxarılmalı olduğunu, amma işlərinə görə gecikdiyini açıqlamışdı.