Türkiyənin Siirt bölgəsində keçirilmiş antiterror əməliyyatında 6 terrorçu zərərsizləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhv edilən terrorçulardan biri nazirlik tərəfindən axtarışda olan "Helin Gabar" ləqəbli Akide Öztekindir. Onun tutulması üçün 1 milyon 500 min lirə pul mükafatı ayrılmışdı.