Bu gün Azərbaycanda Ramazan ayının doqquzuncu günüdür.
Unikal.org xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, onuncu gün üçün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:29-a təyin olunub.
Onuncu günün imsak vaxtı üçün duasını təqdim edirik:
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".
Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".
Allah bütün oruc tutanların orucunu qəbul etsin!