
Şabran rayonunda 22 yaşlı gənc göldə boğulub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dağ Bilici kəndində qeydə alınıb.
Kənd sakini 1994-cü il təvəllüdlü Aslanov Pərviz Şahin oğlu göldə batıb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.