Prezident Ərdoğan, CHP-nin İstanbul bələdiyyə namizədi Ekrem İmamoğlunu özüylə söhbət etməyə layiq bilməyib. Bunu Hürriyet yazarı Abdulkadir Selvi iddia edib.
Unikal.org Tükriyə mətbuatına istinadən xəbər verir, A.Selvinin "Ərdoğan kimin üçün "ayarımda deyil' dedi?" başlığıyla yayımlanan yazısında 23 İyun İstanbul seçkilərinə bağlı fikir bildirib.
Yazarın bildirdiyinə görə, Türkiyə prezidenti E.İmamoğlu üçün "Mənim ayarımda deyil. Mənim həmsöhbətim Kılıçdaroğlu ola bilər. Mən deyərəm o cavab verər, o deyər mən cavab verərəm" ifadəsini işlədib.