Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub.
Unikal.org xəbər verir ki, məlumatı “Newsarmenia” yayıb.
“Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, - Nikol Paşinyan vurğulayıb.
O əlavə edib ki, yerli vaxtla saat 12-də edəcəyi çıxışında vacib olanları söyləyəcək.
Qeyd edək ki, Ermənistanda məhkəmə binalarının qarşısında etiraz aksiyaları keçirilir. Binalara giriş-çıxışlar bağlanıb.