Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir.
Unikal.org xəbər verir ki, 100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb.
Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.
Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.
Etiraz aksiyası “ilbiz əməliyyatı” adını alıb. Aksiyanın məqsədi şose yollarında hərəhət istiqamətəini bağlamaq və minimal sürətlə hərəkət etməkdir.