Spartada təmir işinin davam etdiyi məsciddən yardım üçün yığılan pulları oğurlayan şəxs saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğru məscid camaatı tərəfindən tutulub. Belə ki, Spartada xeyriyyəçilərin yardımıyla tikilən Hz. Ali Məscidinin bir hissəsi ibadət üçün sakinlərin üzünə açılıb.
Bunun üzərinə, xeyiriyyəçilərdən biri məscidə dəmir kassaya müəyyən miqdar pul bağışlayıb. Daha sonra kassanı açan şəxslər pulun yerində olmadığını görüb. Kassadakı pulların oğurlandığını düşünən dərnəyin səlahiyyətli şəxləri kassaya daha bir miktar pul qoyub. Bu pulun da oğurlandığını görən sakinlər oğrunu tutmaq üçün məscidə kamera quraşdırıb, oğrunu tutmaq üçün orada növbə gözləyiblər.
Bildirilir ki, oğru kasanın üst tərəfində pul atmaq üçün açılan yerindən fənərlə baxdıqdan sonra əlindəki uzun bir əşya ilə içəridəki pulları çəkib çıxararaq oradan uzaqlaşırmış.
Məsciddə növbə gözləyən şəxslər tərəfindən tutulan oğru 59 yaşlı M.A. polisə təslim edilib.
Kassadan 1340 lira oğurlandığı deyilir.