Türk balıqçılar beynəlxalq ərazi sularında qalxan ovu etdiyi zaman Rumıniya Sahil Təhlükəsizlik heyətinin hücumuna mərz qalıb.
Unikal.org Türkiyə mətbuatına sitinadən xəbər verir ki, bu barədə ilk açıqlamanı bələdiyyə sədir Mustafa Saim Tandoğan verib. Hücum nəticəsində 8 balıqçıdan 3-ü yaralanıb.
Tandoğan hadisəylə bağlı belə açıqlama verib:
"3 balıqçımız yaralanıb. Hazırda onların müalicələri Köstencedəki xəstəxanada davam etidirilir. Digər 5 nəfərin durumu yaxşıdır. Hadisə zamanı sadəcə mal itkisi olub. İnşallah bir daha olmaz".
Həmin hücum gəmidəki təhlükəsizlik kamerasına yansıyıb. Bələdiyyə sədrinin sözlərinə görə, xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ilə millət vəkili Metin Gündoğdu balıqçıların vətənə gətirilməsi üçün çalışır və Ruminyanın səlahiyyətli şəxsləri ilə bu abrədə əlaqə saxlayırlar.