ABŞ hökuməti Rusiyaya dair sanksiya siyahısını genişləndirib.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.