Ukraynanın yeni prezidenti Vladimir Zelenski biznesmen Sergey Şefiri özünə birinci köməkçi təyin edib.
Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski bununla bağlı müvafiq fərman imzalayıb. Fərman prezidentin saytında dərc olunub.
İş adamı Sergey Şefir prezident Vladimir Zelenskinin yaxın dostu, həm də biznes ortağıdır.
Qeyd edək ki, Zelenski oliqarx İqor Kolomoyskinin şəxsi vəkili olan Andrey Boqdanı isə Prezident Administrasiyasına rəhbər təyin edib.