Tehranda Suriya prezidenti Bəşər Əsəd Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bəşər Əsəd məlumat verib. O bildirib ki, Türkiyə kəşfiyyatının (MİT) rəhbəri ilə, Keseb Sərhəd keçid məntəqəsində də görüşüb.
Bəşər Əsəd müəyyən şərtlər əsasında Ərdoğanla da görüşə hazır olduğunu dilə gətirib: "Türkiyə ilə əməkdaşlığa açığıq ... Əgər Suriyanın maraqlarını təmin etmək və suverənliyimizə zərər verməyəcəksə Ərdoğan ilə görüşə bilərəm".