Müğənni Kərim Abbasova hücum edilməsi ilə bağlı iddia olunan məlumat Binəqədi Rayon Polis İdarəsində araşdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Kult.az-a Bakı şəhər Baş Polis İdarəsinin polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, özünü polis əməkdaşı kimi qələmə verən sürücü Ramazanov Elvin Cahangir oğlu müəyyən olunaraq idarəyə dəvət olunub və izahatı alınıb.
E.Hacıyev bildirib ki, Binəqədi RPİ-nin Təhqiqiat şöbəsində aparılan araşdırma zamanı sürücü Elvin Ramazanovun polis əməkdaşı olmadığı müəyyən olunub.
Faktla bağlı Binəqədi RPİ-nin təhqiqat şöbəsində araşdırma davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl müğənni Kərim Abbasova küçədə hücum olunması ilə bağlı məlumat yayılıb. Müğənni ailəsi ilə bağdan qayıdarkən naməlum şəxs tərəfindən hücuma məruz qaldığını və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirib.